Bu gün:

Ən çox qol vuran Hakan Çalhanoğludur


Milli Futbol Komandasının təcrübəli kapitanı Hakan Çalhanoğlu ay ulduzlu forma ilə ən çox qol vuran futbolçular siyahısında 4-cü pilləyə yüksəlib.

Hakan Çalhanoğlu UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab görüşündə Macarıstana vurduğu penalti qolu ilə Milli Komandanın heyətində vurduğu qolların sayını 21-ə çatdırıb.

Məşqçi Fatih Terimin rəhbərliyi altında 6 sentyabr 2013-cü ildə ilk dəfə geyindiyi milli forma ilə 97 matça çıxan 31 yaşlı yarımmüdafiəçi 21 qolla siyahının 4-cü pilləsində Lefter Küçükandonyadis və Cenk Tosunu qabaqlayıb.

Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et