Bu gün:

Qəhvə içənlər daha çox addım atır, lakin daha az yatırlar


Gündə ən azı bir fincan qəhvə içmək daha çox hərəkətə səbəb olmasına baxmayaraq, daha az yuxuya səbəb ola bilər. CNN-də yer alan xəbərə görə, ABŞ- da aparılan son araşdırmanın nəticələri qəhvə içməyin həm müsbət, həm də mənfi tərəflərinə işıq salır.

Qəhvənin sağlamlığa birbaşa təsirləri haqqında daha yaxşı fikir əldə etmək üçün tədqiqatçılar Kaliforniyanın San-Fransisko bölgəsindən orta yaşları 39 olan 100 sağlam yetkin insanı müşahidə ediblər.

İştirakçılar onların addımlarını və yuxularını izləyən, qan şəkəri və ürək ritmlərinə nəzarət edən elektrokardioqramma cihazları ilə təchiz edilib. Hər bir iştirakçıya təsadüfi olaraq iki gün ərzində istədikləri qədər qəhvə içmək, iki həftə ərzində bu dövrü təkrarlamaq tövsiyə edildi.

İştirakçıların qəhvə içdikləri günlərdə içmədikləri günlərlə müqayisədə, orta hesabla, 1058 addım daha çox atdıqları müşahidə edilib. Amma eyni günlərdə iştirakçılar 36 dəqiqə az yatıblar.

Tədqiqat göstərib ki, daha çox qəhvə daha çox hərəkətlə birlikdə, yuxu vaxtını da azaldır. Bunlara əlavə olaraq, qəhvə içmək insanı ürək döyüntüsü kimi yüksək risklərə məruz qoya biləcək araşdırma mövzusu olmuşdur.

Araşdırma The New England Journal of Medicine jurnalında dərc olunub.

Mənbə: Sözcü

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et