Bu gün:

AirPods Max üçün itkisiz və aşağı gecikməli səs


Apple, AirPods Max qulaqlıqlarına itkisiz səs və ultra aşağı gecikməli audio dəstəyi əlavə etdiyini elan edib. "TechCrunch"ın məlumatına görə, bu imkanlardan istifadə üçün USB-C kabeli tələb olunur.

Yeni yeniləmə ilə AirPods Max 24-bit, 48 kHz itkisiz səsi dəstəkləyəcək. Apple bildirir ki, bu texnologiya musiqilərin orijinal keyfiyyətini qoruyaraq, "Fərdiləşdirilmiş Məkan Səsi" ilə daha immersiv səs təcrübəsi təqdim edəcək.

İstifadəçilər Apple Music vasitəsilə 100 milyondan çox mahnını itkisiz səs keyfiyyətində dinləyə biləcəklər.

Apple həmçinin AirPods Max qulaqlıqlarının musiqi istehsalı üçün daha uyğun olacağını qeyd edir. USB-C kabeli ilə Fərdiləşdirilmiş Məkan Səsi və baş izləmə texnologiyası aktiv olacaq ki, bu da musiqiçilərə səs keyfiyyətini itirmədən musiqi yazmaq və miks etmək imkanı verəcək.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et