Bu gün:

Edin Dzekonun son vəziyyəti


Fenerbahçədə Edin Dzekonun mövsümün qalan oyunlarında xüsusi maska ilə çıxış edəcəyi gözlənilir. Rumıniya, Bosniya və Herseqovina matçında burnu qırılan təcrübəli futbolçu üçün əməliyyata ehtiyac duyulmayıb.

Fenerbahçəli Edin Dzeko Bosniya və Herseqovina milli komandasının Rumıniya ilə qarşılaşdığı matçda böyük bir şanssızlıq yaşayıb. Burnu qırılan təcrübəli futbolçu oyunu yarımçıq tərk etməyə məcbur olub. Keçirilən tibbi müayinələrdən sonra əməliyyatlıq bir vəziyyətin olmadığı müəyyən edilib.

TRT Sporun xəbərinə görə, Edin Dzeko mövsümün qalan hissəsində xüsusi maska ilə oynayacaq. Fenerbahçənin UEFA Avropa Liqasında Anderlext ilə qarşılaşdığı matçda əlindən zədə alan Dzeko həmin gündən etibarən oyunlara xüsusi sarğı ilə çıxır.

Təcrübəli hücumçu sosial media hesabında açıqlama verib. Dzeko, "Ya hamısı, ya da heç biri" qeydi ilə paylaşım edib. Edin Dzeko bu mövsüm Fenerbahçə ilə bütün turnirlərdə 43 oyuna çıxıb. Təcrübəli futbolçu 19 dəfə fərqlənib.

Mənbə: NTV spor

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et