Real Madrid"in 39 yaşlı ulduzu Luka Modriç futbolu tərk etməyi planlaşdırmır.
Xorvatiyalı yarımmüdafiəçi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatından sonra futbolla vidalaşmağı planlaşdırır.
"Real Madrid"in xorvatiyalı ulduzu Luka Modriç klub tarixinə düşüb. 39 yaşlı yarımmüdafiəçi klubun ən yaşlı futbolçusu olmağı bacarıb.
İspaniya nəhənginin ən yaşlı hücumçusu adını da alan Modriç uğurunu növbəti mövsümə daşıyacaq kimi görünür.
İspaniya mətbuatında xorvatiyalı yarımmüdafiəçinin 2025-2026 mövsümündə Madrid komandasının formasını geyinəcəyi iddia edilib.
Modriçin nümayəndələri və klub rəhbərliyinin tezliklə müqavilənin yenilənməsi ilə bağlı danışıqlara başlayacağı gözlənilir.
Xorvatiyalı ulduzun maaşını azalda biləcəyi bildirilir.
Səudiyyə Ərəbistanının Pro Liqası və MLS klubları da Modriçi axtarır. 39 yaşlı ulduz futbolçu həyatını İspaniyadan kənarda davam etdirməkdə maraqlı deyil.
Modriçin karyerasına Xorvatiya ilə 2026 FIFA Dünya Kubokunda iştirak edəcəyi gözlənilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
