Juventus baş məşqçi Tiago Mottanı vəzifəsindən azad edib. İtaliya nəhəngi Galatasaray-ın keçmiş baş məşqçisi və Juventus əfsanəsi İqor Tudoru komandanın başına gətirib.
Klubdan verilən açıqlamada Motta ilə yolların ayrıldığı və xorvatiyalı mütəxəssislə müqavilə imzalandığı bildirilib. Juventus rəhbərliyi Tiago Mottaya xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, İqor Tudor 2016-2017 mövsümündə Galatasaray-da baş məşqçi kimi çalışıb. O, futbolçu karyerasında isə 7 mövsüm Juventus-un formasını geyinib.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
