Bu gün:

Oscar Piastri Çin QP-nin qalibi olub


McLaren-in avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatında mövsümün ikinci yarışı olan Çin Qran Prisinin qalibi olub.


Formula 1-də mövsümün ikinci yarışı Çində keçirilib. Şanxay beynəlxalq trasında Çin Qran Prisi 56 dövrədən çox keçib. 

Qələbəni McLaren-in avstraliyalı pilotu Oskar Piastri qazanıb. Gənc pilot poul mövqeyi üstünlüyündən yaxşı istifadə edərək liderliyini qoruyub.

Yarışda ikinci yeri McLaren-in digər pilotu britaniyalı Lando Norris tutub. Mercedes-in britaniyalı pilotu Corc Rassel də yarışı üçüncü yerdə başa vurub. Keçən il Çin Qran-da qalib gələn holland pilot Maks Verstappen son dövrələrdə Ferrari pilotu Leklerki keçərək yarışı dördüncü yerdə başa vurub. Mövsümün növbəti yarışı, Yaponiya QP yarışı, bazar günü, aprelin 6-da, GMT vaxtı ilə saat 08.00-da baş tutacaq.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli


Paylaş
Şərh əlavə et