Bu gün:

İsmail Kartal İran Liqasında ayın məşqçisi seçildi


Türkiyəli məşqçi İsmail Kartal İran Liqasında ayın məşqçisi adına layiq görülüb. Onun rəhbərlik etdiyi “Persepolis” komandası son 9 oyunda 4 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətlə 15 xal toplayıb və hər matçda orta hesabla 1,67 xal qazanıb. Hazırda “Persepolis” 47 xalla çempionat cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Traktör”dən cəmi 1 xal geri qalır. Kartalın komandası növbəti matçını 29 mart şənbə günü saat 18:45-də səfərdə “Şəms Azar”a qarşı keçirəcək.

Mənbə: Hürriyet
Tərcümə: Əlisahib İbrahimli

Paylaş
Şərh əlavə et