Bu gün:

Soyuducuya isti yemək qoyanda nə baş verir?


Soyuducunun içərisində isti yemək saxlamaq daxili temperaturu artırır və içindəki yeməklər üçün potensial sağlamlıq riskləri yaradır.

Ev işlərində və ya yemək bişirməkdə kömək edənlər bilirlər ki, tez-tez yemək qalıqlarını soyuducuya qoyuruq. Ancaq bəzən valideynlərimiz bizə gözləməyi və soyuducuya isti yemək qoymamağı söyləyirlər. Aydındır ki, soyuducunun istifadəsində   riayət edilməli bəzi qaydalar var ki, onlardan biri də içinə isti yemək qoymamaqdır.

Bununla belə, soyuducular qidaları təzə və sərin saxlamaq üçün nəzərdə tutulubsa, nə üçün yeməyi soyuducuya qoymazdan əvvəl normal temperatura çatmasını gözləməliyik?  Yeməyi kənarda qoysanız, bakteriyalar böyüyə və yeməyin xarab olmasına səbəb ola bilər, ona görə də yeməyi soyuducuya qoyuruq. Elə isə burada əsas diqqət yetirilməli məsələ nədir?

İsti yeməkləri soyuducuya qoysaq nə baş verər?

Qida zəhərlənməsinə və digər sağlamlıq problemlərinə yol açmasın deyə qidaları soyuducuda saxlayırıq. Yeməkləri soyumağa qoymaq bakteriyaların çoxalma ehtimalını artırır.

İsti yeməkləri soyuducuya qoymaq niyə yaxşı fikir deyil?

 Bir çox soyuducunun təlimat kitabçalarında deyilir ki, isti yeməklər soyuducuya qoyulmamalıdır, çünki bu, uzun müddətdə soyuducunun işləməsinə təsir göstərə bilər. İsti qidaların saxlanması soyuducularda əlavə təzyiq yaradır, ona görə də bundan qaçmaq lazımdır.

Konveksiya

Konveksiya maye və qazlar kimi sərbəst hərəkət edən vəziyyətlərdə baş verən istilik ötürmə üsuludur. İsti maye və ya qaz qızdırıldığında daha yüngül olur.

Kondensasiya

İkincisi, soyuducuya isti şeylər qoyduğumuzda,iki sistem arasındakı temperatur fərqi kondensasiyaya səbəb olur. Damlalar soyuducunun arxa divarına düşə və onlara toxunan qidaları dondura bilər, həmçinin kondensasiya soyuducu mühitinə nəm əlavə etdiyi üçün bu da qida saxlama üçün tövsiyə edilmir.

Konveksiya və kondensasiya yolu ilə damcı şəklində olan istiliyin bütün prosesi çox vacib bir hadisəyə bənzəyir. Yağış buxarlanma və kondensasiyadan qaynaqlanır və soyuducuya isti yemək qoyduğumuz zaman bu təbii prosesin kiçik bir variantının baş verdiyini görürük.

İsti yemək içəriyə qoyulduqdan sonra birlikdə baş verən konveksiya və kondensasiya nəticəsində soyuducunun daxili mühiti saxlanmaq üçün yararsız hala gəlir və soyuducunun daxili temperaturu və rütubətinin artması səbəbindən optimal işləməsini azaldır.

Bəs həll yolu nədir?

CDC-nin qida mühafizəsi və təhlükəsizliyi qaydalarına əsasən, yemək bişirildikdən sonra ən çox iki saat açıq havada saxlanıla bilər. Bu müddətdən sonra bakteriyalar böyüməyə başlaya bilər və bu, qida zəhərlənməsinə səbəb ola bilər. İki saat isti bişmiş yeməyi soyutmaq üçün kifayətdir.

Mənbə: Habertürk 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et