Facebook-un ana şirkəti olan texnoloji nəhəng Meta ona qarşı məhkəmə iddiası qaldırıldıqdan sonra fərdi məlumatlardan istifadə edərək fərdi istifadəçilərə yönəlmiş reklamları dayandırmağa razılaşıb.

Londonda yaşayan, texnoloji siyasət və insan hüquqları sahəsində çalışan 37 yaşlı Tanya O'Carroll sosial media şirkətinin demoqrafik göstəricilər və maraqlara əsaslanaraq hədəflənmiş reklam xidmətini dayandırmaq istəyən digər insanlar üçün də bir nümunə yaradacağını bildirib.
Böyük Britaniyanın məlumatlara nəzarət orqanı olan İnformasiya Komissarlığının Ofisi onlayn hədəflənmiş reklamların birbaşa marketinq hesab edilməli olduğunu bəyan edib.
Meta açıqlamasında istifadəçilərə öz məlumatlarını və reklam seçimlərini idarə etmək üçün güclü parametrlər və alətlər təqdim etdiyini bildirib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
