Bu gün:

"İnstagram"da süni intellektlə yaradılan şərhlər sınaqdan keçirilir


TechCrunch xəbər verir ki, Meta süni intellektdən istifadə edərək "İnstagram"da şərh yazmağı asanlaşdırmaq üçün yeni funksiyanı test edir. Yeni xüsusiyyət, istifadəçilərə paylaşımlara yazmaq üçün süni intellekt tərəfindən yaradılan şərh təkliflərini təqdim edir.

Sosial media platformalarının yeniliklərini tez-tez sınaqdan keçirən X istifadəçisi Jonah Manzano,  "İnstagram"da "Meta Sİ ilə yaz" funksiyasını kəşf edib. Bu xüsusiyyət, istifadəçilərə paylaşımlara yazmaq üçün süni intellektin yaratdığı şərh təklifləri təqdim edir.

Test mərhələsində olan bu funksiya müəyyən istifadəçilər üçün aktiv edilib. Bu istifadəçilər paylaşımın altındakı mətn çubuğunun yanında qələm işarəsini görəcəklər. Manzanonun paylaşdığı videoya əsasən, istifadəçilər buna toxunduqda Meta Sİ şərh üçün üç fərqli təklif təqdim edəcək.

Məsələn, əgər paylaşımda bir nəfər qonaq otağında baş barmağını qaldıraraq gülümsəyirsə, Meta Sİ aşağıdakı şərhləri təklif edə bilər:

-Şirin qonaq otağı dekoru

-Rahat atmosferi sevdim

-Mükəmməl fotoçəkiliş məkanı

Qeyd edək ki, bu yeniliyin istifadəçilər tərəfindən necə qarşılanacağı hələ məlum deyil. "Meta"nın bu xüsusiyyəti rəsmi olaraq nə zaman təqdim edəcəyi barədə isə məlumat verilməyib.

Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et