Bu gün:

Formula 1-də həyəcan davam edir


Formula 1-də həyəcan Çin Qran Prisi ilə davam edir.


Mövsümün ilk sprint yarışının qalibi Ferrari-nin çempion pilotu Lyuis Hamilton olub.

Avstraliyada başlayan Formula 1 mövsümü bu həftəsonu Çin Qran Prisi ilə davam edir. Mövsümün ikinci yarışı 2025-ci ilin ilk sprint yarışına da şahidlik edib.

Sprint yarışının seçmə mərhələlərində poul-pozisəyə nail olan Ferrari-nin 7 qat dünya çempionu Lyuis Həmilton sprint yarışında da iz buraxıb. 

Döyüşdə qalib gəlməklə Hamilton yeni komandası Ferrari-də ilk qələbəsini qazanıb.

Britaniyalı sürücüdən sonra McLaren komandasının pilotu Oskar Piastri ikinci, son dünya çempionu Maks Ferstappen isə üçüncü olub.

Formula 1-də mövsümün ikinci yarışı üçün də təsnifat mərhələləri keçirilib. Poul mövqeyini tutan şəxs McLaren pilotu Oskar Piastri olub.

Piastrini Mercedes komandasının pilotu Corc Rassel izlədiyi halda, digər McLaren sürücüsü Lando Norris üçüncü olub. Verstappen dördüncü, sprint yarışının qalibi Lyuis Həmilton isə beşinci yeri tutub.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et