Bu gün:

Barış Alper Yılmaz rekord məbləğə transfer oluna bilər


Barış Alper Yılmazın “Qalatasaray”dakı çıxışı son günlər diqqət mərkəzinə çevrilib və onun transferi ilə bağlı söz-söhbətlər yenidən gündəmə gəlib. Sarı-qırmızılıların gənc ulduz üçün rekord məbləğdə transfer gəliri gözlədiyi iddia olunur.

Ötən mövsümün sonunda bəzi təkliflər alsa da, Okan Burukun istəyi ilə komandada qalmağı seçən Barış Alper Yılmazın növbəti mövsümdəki transfer qərarına klubun hörmətlə yanaşacağı bildirilir. 24 yaşlı futbolçunun Avropa klublarının diqqətini çəkməsi fonunda “Qalatasaray”ın onu transfer etmək istəyən komandalar üçün minimum 40 milyon avro tələb edəcəyi iddia edilir. Əgər bu məbləğdə transfer baş tutarsa, Barış Alper Yılmaz Türkiyə futbol tarixinin ən bahalı futbolçu satışı olacaq.

Bu mövsüm “Qalatasaray”ın heyətində 40 oyuna çıxan Barış Alper Yılmaz 11 qol və 5 məhsuldar ötürmə ilə komandasına mühüm töhfə verib.

Mənbə: Fotomaç
Tərcümə: Əlisahib İbrahimli

Paylaş
Şərh əlavə et