Milli komandada ilk dəfə 11-lik formada çıxış edən Oğuz Aydın Macarıstan matçında 2 məhsuldar ötürmə edərək ulduza çevrilib.
Macarıstanla matçda "Fənərbağça"nın milli futbolçusu Oğuz Aydın oyunun əsas oyunçularından biri olub.
Futbol üzrə milli komandamız UEFA Millətlər Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanı 3:1 hesabı ilə məğlub edib.
Millinin heyətində matça ilk dəfə 11-ci dəqiqədə başlayan Oğuz Aydın 2 məhsuldar ötürmə edib.
9-cu dəqiqədə Orkun Kökçü və 69-cu dəqiqədə Kerem Aktürkoğlunun vurduğu qollara Oğuz Aydın kömək edib.
24 yaşlı futbolçu 72-ci dəqiqədə İrfan Can Kahveci ilə əvəzlənib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli