Bu gün:

AI yüksəlişdə olsa da, IQ səviyyələri azalır


Financial Times (FT) qəzetinin məlumatına görə, son illərdə insanların düşünmə və problem həll etmə qabiliyyətləri azalmağa başlayıb. Bu azalmanın fərdlərin vizual mediaya daha çox məruz qalması və oxuma vərdişlərinin azalması ilə əlaqəli olduğu bildirilib.

Financial Times (FT) qeyd edib ki, PISA testləri və koqnitiv qiymətləndirmələrə əsaslanaraq, insan zəkasının 2010-cu illərin əvvəllərində zirvəyə çatdığını və o vaxtdan bəri azaldığını qeyd edib. 

Bu, süni intellektin sürətlə inkişaf etdiyi bir vaxtda baş verir və bəzi hesablamalara görə, süni intellekt bir neçə il ərzində insanın İQ-nu keçə bilər.

Bildirilib ki, ABŞ-da savadlılıq səviyyəsi aşağı düşür, hesab və problem həll etmə bacarıqlarında ümumi azalma müşahidə olunub.

Microsoft və Karneqi Mellon Universitetinin araşdırmalarına görə, süni intellekt tənqidi düşünmə bacarıqlarına da təsir edir.

İnsanlar qərar vermə proseslərini süni intellektə təhvil verdikcə, zehni qabiliyyətlər sönük və hazırlıqsız olur.

Google, Microsoft və OpenAI kimi nəhəng şirkətlər süni intellekt tədqiqatlarına böyük sərmayə qoyublar və ChatGPT və Gemini kimi qabaqcıl modelləri işə salıblar. 

Mənbə: Cümhuriyyet
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et