Bu gün:

“Chelsea”dən gələcəyə sərmayə


İngiltərənin "Chelsea" komandası Portuqaliyanın "Sportinq" komandasından gənc futbolçular Geovani Quenda və Dario Essuqonu transfer edib.

Sporting klubu portuqaliyalı oyunçular Quenda və Essuqonun 74,4 milyon avroya "Chelsea"yə transfer olunduğunu açıqlayıb.


Quendanın 2025-2026 mövsümü tamamlandıqdan sonra "Chelsea"nin heyətinə qatılacağı, Essuqonun isə mövsümün sonuna qədər "Las Palmas"da icarə əsasında oynamağa davam edəcəyi bildirilib.


Cari mövsüm "Sportinq"də 44 matça çıxan 17 yaşlı cinah oyunçusu Quenda 2 qol vurub, 8 məhsuldar ötürmə edib.

“Las Palmas”da 17 dəfə meydana çıxan 20 yaşlı yarımmüdafiəçi Essuqo 1 qol vurub.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et