Bu gün:

Süni intellekt qəzet nəşr etdi



İtaliyanın "Il Foglio" qəzeti ilk dəfə olaraq tamamilə süni intellekt tərəfindən istehsal edilən bir say dərc etdiklərini açıqlayıb.

İtaliyada mühafizəkar-liberal “İl Foglio” qəzeti tamamilə süni intellekt tərəfindən yaradılmış dörd səhifəlik bir nəşr nəşr etdi.

Qəzetdəki bütün məqalələr, başlıqlar, sitatlar və xülasələr üçün süni intellektdən istifadə olunub.

Bir ay müddətində nəşr olunacaq qəzet bu gün qəzet köşklərində və onlayn satışdadır.

Guardian xəbər verib ki, qəzetin redaktorlarından biri Klaudio Cerasa bildirib ki, İl Foglionun təşəbbüsü süni intellekt texnologiyasının iş üsullarına və gündəlik həyata təsirini göstərmək məqsədi daşıyan jurnalist təcrübəsidir.

Il Foglio AI-nin ilk nəşrinin ön səhifəsində "İtalyan Trampçılarının paradoksu" və "mədəniyyəti ləğv etmək" haqqında məqalələr yer alırdı. Bundan başqa, “Putin, 10 xəyanət” başlıqlı məqalədə Rusiya prezidenti Vladimir Putinin son 20 ildə tutmadığı vədlər və ləğv etdiyi müqavilələrdən bəhs edilib.

İkinci səhifədə gənc avropalıların sabit münasibətlərdən necə qaçması haqqında hekayə, sonuncu səhifədə isə oxucular tərəfindən redaktora göndərilən suallara AI tərəfindən verilən cavablar var idi.

Mənbə: Diken.com
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et