Bu gün:

Saç boyamasının yeniyetmələr üçün zərəri nədir?



Kolorist Tatyana Lisina yeniyetmələr üçün saçları rəngləmənin zərər və təhlükələrindən danışıb. Mütəxəssisin sözlərinə görə, saç çoxlu sayda prosedura tab gətirə bilir, lakin uşaq onu nə qədər gec rəngləməyə başlasa, bir o qədər yaxşıdır.

“Hər hansı bir ləkənin həmişə zərərli olduğunu başa düşmək vacibdir və uşaq yaxud böyüklərdən danışdığımızın fərqi yoxdur. Saçın kutikulyar təbəqəsi hər yerdə eynidir, sadəcə olaraq, uşaqların mikroelementlərlə qidalanan saçları daha elastik olur”, - o vurğulayıb.

Kolorist onu da izah edib ki, rəngləmə zamanı toz nəfəsə getmədiyi təqdirdə uşağın sağlamlığına təsir etməyəcək. Bununla belə, rəngləmə hələ də saç quruluşu üçün yaxşı deyil.

Lisina xatırladıb ki, çox vaxt yeniyetmələr evdə boyamağa qərar verirlər və bilmədən aqressiv boyalardan istifadə edirlər, buna görə saçları sözün həqiqi mənasında samana çevirilir:" Belə olan halda, valideynlər övladlarını salona aparsalar, keyfiyyətli prosedur etsələr daha yaxşı olar", -  deyə kolorist yekunlaşdırıb.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et