Bu gün:

“Formula- 1” Çində keçirilə bilər


Formula 1-də mövsümün ikinci mərhələsi olan Çin Qran Prisi həftəsonu keçiriləcək.

Sürətli düzlükləri və texniki döngələri ilə diqqət çəkən Şanxay Circuit-də McLaren Pilotu Norris və Red Bull pilotu Verstappen arasında yarış səbirsizliklə gözlənilir.

Avstraliyanın Melburn şəhərində Formula 1 mövsümü start götürüb. 

Çox çətin şərtlər altında keçirilən və yalnız 14 pilot yarışı başa vura bilən yarışda McLaren-in üstünlüyü var idi. Yağış və çətin şəraitdə keçən yarışda McLaren pilotu Lando Norris Red Bull Racing-dən Maks Verstappeni geridə qoyaraq birinci yeri tutub.

İndi bütün diqqətlər Formula 1-in ilin ilk sprint yarışı olan Çin Qran Prisindədir. Maşınlar arasında əsl fərqin sınağı olan yarış 5,4 kilometrlik Şanxay Beynəlxalq Dövründə 56 dövrə davam edəcək.

Sürətli düzlükləri və texniki döngələri ilə diqqət çəkən Şanxay Circuit, komandalara aerodinamik paketlərini və təkər strategiyalarını müəyyən etmək üçün vacib ipucları təqdim edir. Çində yarışqabağı meteoroloqlar həftə sonu ərzində temperaturun 19 ilə 23 dərəcə Selsi arasında olacağını, yağış ehtimalının isə 10-20 faiz olacağını gözləyirlər.

Ötən mövsüm Red Bull pilotu Maks Verstappen poul mövqeyindən başlayaraq yarışda üstün olub və rahat qələbə qazanıb. Bu il mövsümün ilk yarışında birinci olan McLaren pilotu Lando Norris ötən il Çində ikinci olub. Norris Çin Qran Prisindən əvvəl yenidən iddialı danışıb.

Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli






Paylaş
Şərh əlavə et