Bu gün:

“Tetris sindromu” nədir?


Tetris Sindromu insanların uzun müddət təkrarlanan bir fəaliyyətlə məşğul olduqdan sonra həmin fəaliyyətin təsirlərini real həyatda da hiss etməsi fenomenidir. Bu sindrom ilk dəfə məşhur “Tetris” oyunundan sonra müşahidə edildiyi üçün bu adla tanınır.

Tetris Sindromunun Əlamətləri

    •    İnsanlar uzun müddət “Tetris” oynadıqdan sonra gündəlik həyatda obyektləri tetris blokları kimi görməyə başlayırlar.

    •    Gözlərini yumduqda və ya yuxu zamanı oyundakı formaların canlandığını hiss edirlər.

    •    Təkrarlanan vizual və ya hərəkət nümunələri beyin tərəfindən avtomatik olaraq davam etdirilir.

Bu sindrom təkcə “Tetris”lə məhdudlaşmır. Məsələn, uzun müddət müəyyən bir fəaliyyətlə məşğul olan insanlar (şahmat oynayanlar, dalğıclar, musiqiçilər və s.) həmin fəaliyyətlə bağlı görüntüləri və hərəkətləri real həyatda da hiss edə bilərlər.

Niyə Baş Verir?

Beynimiz davamlı olaraq aldığı vizual və hərəkət məlumatlarını emal edir. Eyni fəaliyyət uzun müddət təkrarlandıqda, beyin bu nümunələri avtomatik tanıyır və onları şüuraltı olaraq davam etdirir.

Zərərlidirmi?

Tetris Sindromu ümumiyyətlə zərərli hesab edilmir və bir müddət sonra keçib gedir. Lakin bəzi insanlarda bu hal uzun sürə və yuxu problemlərinə səbəb ola bilər.

Bu fenomen, beynimizin adaptasiya və öyrənmə qabiliyyətini göstərən maraqlı nümunələrdən biridir.

Mənbə: bilim up 

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et