Smartfon istifadəçilərinin ən böyük problemlərindən biri olan uzun şarj müddətləri artıq keçmişdə qala bilər. CES 2025 sərgisində təqdim edilən Swippitt IPS texnologiyası, telefonu cəmi 2 saniyəyə yeni bir batareya ilə əvəz etməyə imkan verərək böyük yenilik edib.
Doldurma kabelləri köhnəlir?
Ənənəvi doldurma üsullarını tamamilə aradan qaldırmağı hədəfləyən Swippitt IPS, simli və ya simsiz şarj yerinə batareya dəyişdirmə sisteminə əsaslanır. Bu yeni texnologiya Swippitt Hub, xüsusi batareya dəyişdirmə stansiyası və telefona inteqrasiya oluna bilən Swippitt Link batareya qutuları sayəsində işləyir. Telefonunuzu şarj kabelinə qoşmaq və ya simsiz blokda saxlamaq əvəzinə, sadəcə onu “Swippitt Hub”a yerləşdirə bilərsiniz. Sistem boş batareyanı çıxarıb tam doldurulmuş batareya ilə əvəz etməklə cihazınızı dərhal doldurur.
Necə işləyir?
Swippitt Hub eyni anda beş 3500 mAh batareya saxlaya və doldura bilən ağıllı stansiyadır. Bu stansiya telefonun içindəki boş batareyanı çıxarır və onu doldurulmuş batareya ilə əvəz edir. Proses cəmi iki saniyə çəkir. Beləliklə, telefon istifadəçiləri cihazlarını batareya cihazına bağlı saxlamadan fasiləsiz istifadə təcrübəsindən yararlana bilərlər.
Üstünlükləri və mənfi cəhətləri nələrdir?
Bu sistem xüsusilə gün ərzində telefonlarını tez-tez istifadə edənlər, məşğul peşəkarlar və oyun həvəskarları üçün böyük bir yenilik olaraq görülür.
Bununla belə, “Swippitt IPS”nin bəzi məhdudiyyətləri var:
Hazırda yalnız iPhone 14, 15 və 16 modelləri ilə uyğun gəlir. Android dəstəyinin 2025-ci ilin sonuna qədər əlavə ediləcəyi gözlənilir.
Qiymət kifayət qədər yüksəkdir. “Swippitt Hub”ın qiyməti 450 dollar, batareya qutularının hər biri 125 dollardır. Bu, tam dəst üçün 1000 dollardan çox xərc deməkdir və bu, hər yerdə mövcud olmaya bilər. Sistem geniş şəkildə qəbul edilənə qədər məhdud çıxışı olacaq.
Cihazın 2025-ci ilin iyununda satışa çıxarılması planlaşdırılır.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
