Fənərbaxça milli matçlarla əlaqədar liqa fasiləsində müdafiəçilərinə sahib olacaq.
Tezliklə Çağlar Söyüncü və Dieqo Karlosun komandaya qoşulacağı gözlənilir.
Sarı-göylülərin zədəli futbolçularının 10 gün ərzində komandaya qoşulacağı gözlənilir.
İsmayıl Yüksek və Levent Mercan xəsarətləri sağalıb. Hər iki futbolçu Rider Samsunspor matçı üçün heyətdə yer alıb. İsmail Yüksek milliyə çağırılıb, Levent Mercan isə təhsilini Samandırada davam etdirir.
Çağlar Söyüncü və Dieqo Karlosdan da şad xəbər gəlib.
UEFA Avropa Liqasında keçirilən “Reyncers” matçının 16-cı dəqiqəsində zədələnən Çağlar oyunu tərk etməli olub. Müalicəsi davam edən 28 yaşlı futbolçunun milli matçlarla əlaqədar liqa fasiləsində komandaya qoşulacağı öyrənilib.
Aralıq transfer dövründə komandaya qoşulan Dieqo Karlos fərdi məşqlərə başlayıb. 3 matçda 89 dəqiqə meydanda qalan braziliyalı futbolçunun Sipay Bodrum Futbol Klubunun matçında heyətə düşəcəyi gözlənilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
