Bu gün:

Qədim Punik nekropolu açılıb


İndiyə qədər arxeoloqlar azyaşlı uşaqların qalıqlarını ehtiva edən 2400 illik altı amfora qazıblar. Sardiniyanın Sestu şəhərində yeni qaz xətti çəkilərkən tikinti işçiləri iki tutacaqlı və dar boyunlu hündür banka olan amforanı aşkar ediblər və tapıntı barədə dərhal sahəyə nəzarət edən arxeoloqa məlumat veriblər.

Tədqiqatçılar qrupu dərhal əraziyə axışıb və sonrakı qazıntılar zamanı daha beş amfora aşkar ediblər. Onların ən azı bəzilərində uşaqlara aid insan qalıqları var idi. Kəşf eramızdan əvvəl III və ya IV əsrlərə, bölgənin Finikiya-Pun dövrünə aid olub.

Yaxınlıqdakı strukturların sıxlığı səbəbindən nekropolun tam ölçüsü heç vaxt müəyyən edilməsə də, mütəxəssislər 2400 ildən çox əvvəl ərazidə yaşayıb və vəfat etmiş insanlar haqqında bacardıqları qədər çox şey öyrənməyə ümid ediblər.

Mənbə: allthatsinteresting

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et