Bu gün:

Geomühəndislik nədir?– Ekoloqla müsahibə


24media.az-ın budəfəki qonağı ekoloq  Sevil Yuzbaşevadır. O, geomühəndislik üsuluna aid suallarımızı cavablandırıb.

Geomühəndislik nədir və əsas məqsədi nələrdir ?

Geomühəndislik, arzu olunmaz iqlim dəyişiklikinə qarşı çıxmaq və planetin əksər hissəsində ən rahat yaşayış şəraitini və təsərrüfat fəaliyyətini əldə etmək məqsədilə Yer kürəsinin yerli regionlarda və ya bütün planetdə iqlim şəraitinin aktiv şəkildə dəyişdirilməsinə yönəlmiş tədbirlər və təsirlər məcmusudur. Geomühəndislik müxtəlif fənnlərdən bilikləri birləşdirən mürəkkəb bir elmdir. Hazırda bir çox geomühəndislik layihələri mövcuddur.

Sizcə, iqlim dəyişikliyinə qarşı ən təsirli geomühəndislik üsulları hansılardır ?

Bilirsiniz, seçim etmək çətindir, çünki bu fəaliyyətlərin hamısı ətraf mühit üçün böyük təsirləri və eləcədə əhəmiyyətli dərəcədə də faydası var.

Geomühəndisliyin tətbiq edilməsi iqlim dəyişikliyinə hansı yönlərdə təsir edə bilər ?


Proseslərin axını səmərəsiz, qeyri-sabit ola bilər və ya əksinə, ekoloji vəziyyətin pisləşməsinə səbəb ola bilər. Hazırda iqlimin və ətraf mühitin modelləşdirilməsi üçün uzun müddət ərzində müxtəlif proseslərin təsirini nəzərə alan etibarlı və nisbətən dəqiq üsullar mövcud deyil.

Getdikcə daha aydın olur ki, bəşəriyyət fəlakətli iqlim dəyişikliyinin qarşısını almaq üçün yaxın gələcəkdə karbon emissiyalarını kifayət qədər tez azaltmaq iqtidarında deyil, ancaq bəlkə də planeti tez bir zamanda soyutmağın yolları var. Bu da özümüzü qalıq yanacaqlardan uzaqlaşdımaq və qlobal istiləşməni dayandırmaq üçün bir az daha çox vaxt verir.


Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et