
Freida McFadden müasir dövrün ən çox oxunan psixoloji triller yazarlarından biridir. O, yalnız yazıçı kimi deyil, eyni zamanda beyin travmaları üzrə ixtisaslaşmış həkim kimi də fəaliyyət göstərir. Bu iki sahəni uğurla birləşdirərək, əsərlərində tibbi biliklərindən də istifadə edir və oxucularına unudulmaz hekayələr təqdim edir.
Freida McFadden-in yaradıcılığı əsasən psixoloji trillerlər və tibbi yumor janrında yazılmış əsərlərdən ibarətdir. O, Kindle bestseller siyahılarında öz yerini tutaraq geniş oxucu auditoriyası qazanıb. Yazıçının populyarlıq qazanan əsərləri arasında “Xadimə” seriyası, “Qəza” və digər gərgin süjetli romanlar yer alır.
Yazıçının ən məşhur əsərlərindən biri “Xadimə” romanıdır. Bu kitabın əsas qəhrəmanı Milli adlı keçmiş məhkumdur. İş tapmaq üçün çətinlik çəkən Milli, Vinçester ailəsinin evində qulluqçu kimi işləməyə başlayır. Lakin zaman keçdikcə o, bu ailənin qaranlıq sirrləri ilə qarşılaşır və həyatının təhlükədə olduğunu anlayır.
Seriya aşağıdakı kitablardan ibarətdir:
• “Xadimə” – İlk kitabda Millinin Vinçester ailəsi ilə tanışlığı və onun həyatında baş verən dəyişikliklər təsvir olunur.
• “Xadimənin Sirri” – Davam kitabında Vinçester ailəsinin sirrləri daha da dərinləşir və Milli çətin seçim qarşısında qalır.
• “Xadimə Baxır” – Seriyanın üçüncü hissəsi Millinin hekayəsini yeni səviyyəyə qaldırır və oxucunu daha çox sirr və gərginlik içində saxlayır.
Yazıçının digər məşhur əsərlərindən biri də “Qəza” romanıdır. Bu kitabda hamilə qadın olan Tiqan avtomobil qəzası keçirir və qar fırtınasının ortasında köməksiz qalır. Ona yad bir cütlük kömək edir və evlərinə aparır. Lakin zaman keçdikcə Tiqan anlayır ki, bu cütlüyün ona qarşı niyyətləri heç də yaxşı deyil və o, ölüm-dirim mübarizəsinə başlayır.
Freida McFadden-in əsərləri oxucular arasında geniş yayılmasının əsas səbəbi onun maraqlı süjet xətləri və gərgin psixoloji atmosfer yaratmaq bacarığıdır. O, hadisələri elə ustalıqla təsvir edir ki, oxucu kitabı əldən yerə qoymadan son səhifəyə qədər oxumaq istəyir.
Bundan əlavə, yazıçının tibbi sahədəki bilikləri onun bəzi romanlarında xüsusi bir dərinlik yaradır. Xüsusilə tibbi psixologiya ilə bağlı detalları məharətlə istifadə edərək, qəhrəmanların psixoloji durumlarını daha real şəkildə təqdim edir.
Mənbə: goodreads
Tərcümə etdi: Sevil Azər
