Lionel Messi komandasını daşımağa davam edir. Mövsümə əla başlayan "İnter Mayami" MLS-in 4-cü həftə matçında "Atlanta Yunayted"i qəbul edib.

Matçın 11-ci dəqiqəsində Fil Dişi Sahilinin hücumçusu Emmanuel Lath meydan sahiblərini 1:0 hesablı önə keçirib.
20-ci dəqiqədə səhnəyə Argentinalı ulduz Messi çıxıb. Cərimə meydançası qarşısında rəqibindən topu qaparaq qapıya doğru irəliləyən 37 yaşlı futbolçu möhtəşəm qola imza ataraq hesabı 1-1-ə çatdırıb. İlk hissənin son saniyələrində Messi sərt topu qapıya göndərsə də, “Atalanta”nın qapıçısı Bred Quzan küncdən zərbəni dəf etməkdə çətinlik çəkib.
Messi ilə Bred Quza dueli ikinci hissədə də davam edib. 55 və 64-cü dəqiqələrdə Messi ilə iki dəfə qarşılaşan Quzan hər iki mövqedə topu yayındırmağı bacarıb.
"İnter Mayami"nin qələbə qolu 89-cu dəqiqədə gəlib. Redondo Solarinin şişirtdiyi topa yaxşı yüksələn Fafa Piko komandasını 2-1 önə keçirib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
