"İncəsənətin inciləri" rubrikası "Cəngavər və Qız" əsərini təqdim edir.

Richard Berghin 1897-ci ildə yaratdığı Cəngavər və Qız (İsveçcə: Riddaren och jungfrun) adlı əsəri romantizmin və simvolizmin unikal nümunəsidir. Tablo dramatik atmosferi, incə duyğuları və dərin simvolizmi ilə seçilir. Əsərdə gümüş zirehli bir cəngavər və onun qarşısında dayanan zərif bir qız təsvir olunub. Qızın baxışları kədərli, lakin bir o qədər də ümidlidir. O, sanki cəngavərin taleyi ilə bağlı düşünür. Bu kompozisiya cəsarət və saflığın, güc və zərifliyin birləşməsini əks etdirir.
Rəsm həm də orta əsr romantikasına və İsveç folkloruna əsaslanan bir sevgi və qoruma hekayəsini xatırladır. Qızın geyimi və cəngavərin zirehi klassik təsvir ənənələrinə uyğun olsa da, Berghin yumşaq işıqlandırma və poetik rəng çalarları əsərə xüsusi mistik aura bəxş edir.
Hazırladı: Talehə Hüseynzadə
