Bu gün:

”Xəstəlik” xəstəliyi


Hər kəs zaman-zaman özünü xəstə və yorğun hiss edə bilir. Ancaq bəziləri üçün bu vəziyyət sonsuz fiziki şikayətlərə və səhətində ciddi xəstəlikləri olduğuna inanmağa qədər çatır. Bu vəziyyət "Hipoxondriaz"dır. Onu xalq arasında “Xəstəlik xəstəliyi adlandırırlar.

Xəstəlik narahatlığı olan insan daima ciddi bir xəstəliyi olduğunu düşünür. Baş ağrısı, bel ağrısı, qarın ağrısı, tərləmə olmasa da bəzən sanki varmış kimi hiss olunur və ya bu ağrılar varsa, onları səhv şərh edib ciddi bir xəstəlik olduğunu zənn edir. Daim nəbzini ölçür, sağlamlıq müayinəsindən keçir. Bu müayinələrə baxmayaraq, səhhətindəki narahatlığı və xəstəliyi ilə bağlı şübhələri səngimir. Adətən, istifadə etdiyi dərmanların istifadə qaydalarını ətraflı şəkildə oxuyur və əks təsirlərini oxuduqda dərhal təsirlənir. Hər hansı xəstəlik çıxmadıqda isə tez-tez həkim dəyişir, xəstəliklə bağlı narahatlıqları barədə həkimlərdən və ətrafından təsdiq istəyir. Bəzi xəstəliyi olan insanlar ciddi xəstəlik olduğunu eşitməkdən qorxduqları üçün həkimə getməkdən yayınırlar. Digər tərəfdən, internetdə şübhələndikləri xəstəlikləri araşdırmağa başlayırlar.

Bu xəstəliyin bir çox səbəbləri ola bilər. Xəstə olmaq insan üçün məsuliyyətdən qaçmağın bir yolu kimi düşünülə bilər. Başqa bir səbəb o ola bilər ki, həmin şəxs həyatının hansısa məqamında xəstəliklə bağlı travmatik hadisə yaşayıb. Məsələn, uşaqlıqda valideynlərindən biri xəstəlikdən dünyasını dəyişibsə, insan bu xəstəliyin bir gün ona da gələcəyindən güclü narahatlıq keçirə bilər. Digər tərəfdən, xəstəliklərdən həddindən artıq narahat olan qoruyucu bir valideynlə böyümək də bu narahatlığa səbəb ola bilər.

Mənbə: Adeldanismanlik

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et