Bu gün:

Haalandın rekordu “Mançester Siti” üçün kifayət etmədi


Premyer Liqanın 29-cu həftəsində "Mançester Siti" iki dəfə önə keçdiyi matçda evdə "Brayton"la 2-2 bərabərə qalıb. 

Qarşılaşmada qol vuran "Siti"nin ulduzu Haaland Premyer Liqa tarixində ən az matçda 100 qola töhfə verən futbolçu olub.

İngiltərə Premyer Liqasının 29-cu həftəsində “Mançester Siti” “Etihad” stadionunda “Brighton & “Hove Albion”u qəbul edib.

Mövsümü pis keçirən “Mançester Siti” 11-ci dəqiqədə hücumçu Erlinq Haalandın penaltidən vurduğu qolla 1-0 önə keçib.

Qonaq Brayton 21-ci dəqiqədə Pervis Estupinanla hesabı bərabərləşdirib - 1:1.

Pep Qvardiolanın komandası 39-cu dəqiqədə Ömər Marmuşun vurduğu qolla 2-1 üstünlüyü ilə paltardəyişmə otağına yollanıb.

48-ci dəqiqədə Abdukodir Xusanovun avtoqolu ilə qonaq "Brayton" növbəti dəfə hesabı bərabərləşdirib: 2-2.

Qalan vaxtda başqa qol olmayıb və tərəflər meydanı 1 xalla tərk ediblər.

Enişli-yoxuşlu yollarını davam etdirən “Mançester Siti” bu heç-heçə ilə xallarını 48-ə yüksəldib.

Son iki matçda cəmi 1 xal toplayan "Siti" növbəti mövsümdə UEFA Çempionlar Liqasına vəsiqə şansını çətinləşdirib.

4 həftəlik qələbə seriyası başa çatan Brighton & Hove Albion xallarını 47-yə yüksəldib.

“Brayton”da çıxış edən millimizin futbolçusu Ferdi Kadıoğlu zədəsi səbəbindən heyətdə yer almayıb. 

Haalanddan tarixi statistika

Bu arada "Mançester Siti"nin ulduz futbolçusu Erlinq Haaland "Brighton" matçında vurduğu qolla Premyer Liqa tarixində 100 qol vuran futbolçu olub. Haaland Premyer Liqada 94 matçda 84 qol və 16 məhsuldar ötürmə ilə 100 qol töhfəsinə çatıb.

Bundan əvvəl Alan Şirer 100, Erik Kantona və Məhəmməd Salah 116, Serxio Aquero isə 118 matçda bu uğura imza atıb.

Norveçli Haaland bu mövsüm Premyer Liqada 27 matçda 21 qol vurub və 3 məhsuldar ötürmə edib.


Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et