Bu gün:

Donald Trumpın danışıqlar strategiyasının psixologiyası


Donald Trump hələ prezident olmamışdan əvvəl özünəməxsus və iddialı şəxsiyyəti ilə tanınırdı. O, “The Art of The Deal” (1987) adlı kitabında danışıqlarda uğur qazanmaq üçün böyük düşünmək, seçimləri artırmaq, rıçaqlardan istifadə etmək, mübarizə aparmaq və əylənmək kimi taktikalar irəli sürmüşdü. Prezident olduğu dövrdə də bu metodlardan geniş istifadə edib.

Onun əsas danışıqlar strategiyalarından biri psixologiyada “qapını üzə çırpmaq” (Door in the Face - DITF) texnikası kimi tanınır. Bu üsul ilk olaraq qeyri-real dərəcədə böyük bir tələb irəli sürməkdən ibarətdir. Qarşı tərəf bu tələbi rədd etdikdə daha kiçik və daha məqbul bir təklif edilir. Bu, qarşı tərəfi güzəştə getməyə və həmin təklifi qəbul etməyə sövq edir.

Lakin bu texnikanın mənfi tərəfləri də var. Əgər ilkin tələb həddindən artıq böyük və qeyri-realist görünsə, qarşı tərəf özünü manipulyasiya olunmuş və ya təhqir edilmiş hiss edə bilər. Bu halda danışıqlar uğursuz ola və münasibətlər zədələnə bilər.

Trumpın bu cür aqressiv danışıqlar tərzi bəziləri üçün təsirli və uğurlu görünə bilər, lakin digərləri üçün bölücü və aqressiv bir yanaşma kimi qəbul olunur. Bu səbəbdən onun üslubu daim mübahisələrə səbəb olur.

Mənbə: psychology today 

Tərcümə edən: Fatimə Cabbarlı


Paylaş
Şərh əlavə et