1945-ci ilin aprelində Doris Zinkeisen yeni azad edilmiş Bergen-Belsen konsentrasiya düşərgəsinə girən ilk qadın rəssam olub, necə ki, BBC-nin müxbiri Riçard Dimblebi, onun divarlarında baş verən dəhşətlər haqqında öz tarixi verilişini edib.

Zinkeisen Britaniya Qırmızı Xaç Cəmiyyətində tibb bacısı işləyib, bu təşkilat da ona Belseni çəkməyi tapşırıb. Kral Akademiyasının məzunu olan rəssam, tibb bacılarının arıq kişiləri təmizlədiyini göstərən ən məşhur "İnsan Camaşırxanası" əsərini məhz burada çəkib.
Mayın əvvəlində Zinkeisenin İkinci Dünya Müharibəsinə aid əsərlərinin bəziləri ilk dəfə olaraq VE Gününün 80-ci ildönümünü qeyd etmək üçün ictimai qalereyada sərgilənəcək. Londonun mərkəzində, Southwark bölgəsindəki Oxo Tower-də nümayişi təşkil edən Britaniya Qızıl Xaç Muzeyinin kuratoru Mehzebin Adam-Suter deyib: "Doris qadınlar üçün qabaqcıl olub". 1945-ci ilin mayında Belsenin yandırılması, Fransa və Belçikadakı hərbi xəstəxanalar kimi Qırmızı Xaç rəsmləri, həmçinin Müqəddəs İoann Orden Muzeyinə məxsus döyüş əsərləri də sərgiyə daxil edilib.
Onun nəvəsi Şarlotta Constoun deyib: “Ailə hekayəsinə görə, onu Himmlerin rekvizisiya etdiyi avtomobildə Belsenə aparıblar. Düzdür ya yox, o bu yerin mənzərəsini, iyini heç vaxt unutmamışdı. O, ərinə "daxmalardan atılan skelet cəsədlərinin dəhşətli səhnəsini və sağ qalanların boş gözlərini" yazıb”.
Zinkeisen eyni zamanda 28 martda kinoteatrlarda nümayiş etdirilən War Paint – Women At War filmində göstərilən, əsasən tanınmamış Britaniyalı İkinci Dünya Müharibəsi qadın rəssamlarından biri olub. Sənədli filmi çəkən rejissor Margy Kinmonth, öz ölkələrində – İran, İraq, Ukrayna və Sudanda baş verən son münaqişələri təsvir edən qadın rəssamları da daxil edib və deyib: “Əksəriyyət tarixən cinsinə görə qiymətləndirilməyib”.
1939-1945-ci illər arasında fəaliyyət göstərən Britaniya Müharibə Rəssamlarının Məsləhət Komitəsi, qadınlardan daha çox kişilərə üstünlük verib, onları evdə müharibənin təsirlərini və ya Böyük Britaniya xəstəxanalarındakı yaralıları təsvir etməklə məhdudlaşdırıb.
Filmdə yazıçı Penelopa Layvli, rəssam xalası Rachel Reckitt-i xatırlayıb. “Blitz başlayan kimi, o, eskiz dəftəri ilə Şərqin sonuna doğru gedib. O, əsasən bombalanmış evlərin fasadlarını taxta üzərində oyub. Müharibə onu stimullaşdırıb. Bununla belə, o bu dəhşətin onun həyatına və dünyagörüşünə necə təsir etdiyini çox yaxşı bilirdi”.
Filmdə yer alan digər rəssamlardan biri də Qledis Haynes olub. Onun ən məşhur əsəri "Çarmıxa çəkiliş" bir təyyarəçinin təyyarənin gövdəsində uzandığını göstərib. Rəsmin sahibi olan RAF Muzeyinin kuratoru Julia Beaumont-Jones deyib ki, bu əsər “Hynesin çox açıq müharibə əleyhinə bəyanatıdır”.
Mənbə: The Guardian
Tərcümə etdi: Səidə Abasova
