Bu gün:

Fil ayağı xəstəliyi nədir?


Fil ayağı xəstəliyi sosial mediada bir çox insanların maraqlandığı və sorğuladığı xəstəliklərdən birinə çevrilib. Fil ayağı xəstəliyindən ölüm xəbərindən sonra vətəndaşlar bu xəstəliyin səbəbini araşdırır. Bəs fil ayağı xəstəliyi nədir? 

Fil ayağı xəstəliyi, yəni limfedema immunitet sisteminin bir hissəsi olan limfa düyünlərində qol və ayaqların şişməsi ilə özünü göstərən tıxanma nəticəsində yaranır. Hüceyrələrarası boşluqları dolduran maye kəmiyyətcə tarazlıqda qalmalı, qan dövranına qarışmalıdır. 

Limfatik maye adlanan bu maye limfa sistemi tərəfindən idarə olunur. Limfa düyünlərinin, kanalların və ya düyünlərin zədələnməsi, anadangəlmə anomaliyalar səbəbindən hüceyrələrarası mayenin miqdarının balansında pozuntular baş verə bilər.

Limfa düyünlərindəki tıxanmalar limfatik mayenin axıdılmasına mənfi təsir edərək qol və ayaqlarda mayenin yığılmasına, nəticədə də şişkinliyə səbəb olur. Bu vəziyyət fil ayağı xəstəliyi adlanır.

Limfedema limfa sisteminin düzgün işləməməsi nəticəsində yaranan xroniki, uzunmüddətli bir vəziyyətdir. Semptomlar göründükdən sonra qısa müddət ərzində diaqnoz qoyulmaz və müalicə olunmazsa, xəstəlik pisləşə bilər.

Fil ayağı xəstəliyinin əlamətləri

Fil ayağı xəstəliyinin ən görkəmli simptomu olan şişlik bədənin bir çox yerlərində baş verə bilər, amma adətən, qol və ayaqlara daha çox təsir edir. Bu səbəbdən, daim istifadə edilən paltarların, ayaqqabıların, üzüklərin və qol saatlarının darlığı limfedemalı xəstələrdə ən çox rast gəlinən problemdir.

Baş verən şişkinlik xəstəliyin ilkin mərhələsində müvəqqəti olub gün ərzində təsiri arta və ya azala bilər. Ancaq müalicə gecikərsə, simptomlar pisləşə və şişkinlik daha qalıcı ola bilər.

Limfedemanın əsas simptomları aşağıdakı kimi sıralana bilər:

Barmaqlar və ayaq barmaqları arası da daxil olmaqla, qol və ayaqların şişməsi

•Ağrı və narahatlıq

•Bədəndə ağırlıq və sıxılma hissi

•Hərəkətin məhdudlaşdırılması

•Dərinin qalınlaşması (fibroz)

•Təkrarlanan infeksiyalar

•Dəridə qıvrımların əmələ gəlməsi

•Dəridən maye sızması

Fil ayağı xəstəliyi əsasən, limfa mayesinin qan dövranına daxil olmaq əvəzinə müxtəlif səbəblərdən dəri altında yayılmasından qaynaqlanır. Ən çox görülən səbəb xərçəng müalicəsinin bir hissəsi kimi limfa düyünlərinin çıxarılmasıdır.

Xərçəng xəstələrində bədxassəli hüceyrələr tərəfindən əmələ gələn şişlərin limfa damarlarının tıxanması və limfa mayesinin axmasının maneə törədilməsi nəticəsində limfedema baş verə bilər.

Bundan əlavə, fil xəstəliyinin yaranmasında rol oynayan amillər:

•Xərçəngdən sonra görülən radiasiya müalicəsi

•Bəzi əməliyyatlar nəticəsində limfa yollarının zədələnməsi

•Göbələk xəstəlikləri

•Travmalar

•İnfeksiyalar

•Ağcaqanadlar tərəfindən ötürülən parazitlər

•Limfa sisteminin strukturu ilə bağlı irsi xəstəliklər və anomaliyalar

Mənbə: NTV Haber

Tərcümə etdi: Lumu Zülfüqarova 


Paylaş
Şərh əlavə et