Bu gün:

Qəlyanaltıları müntəzəm qəbul etməyin zərəri nədir?


Dietoloq-terapevt Olqa Luşnikova tez-tez qəlyanaltıların qəbul edilməsinin zərərlərindən danışıb.

Dietoloq deyir ki, tez-tez qəlyanaltıların qəbul edilməsinin ən böyük yan təsirlərindən biri böyük miqdarda kalorilərin nəzərə çarpmayan qəbuludur. O vurğulayıb ki, adətən, insanlar ən faydalı məhsulları seçmirlər: “Nəticə piylənmə və bununla əlaqəli xəstəliklərin fəlakətli dərəcədə artmasıdır”.

Mütəxəssis əlavə edib ki, hər yemək qəbulu dişlərə “əsl turşu hücumu”dur. O izah etdi ki, tez-tez qəlyanaltı qəbul etdikdə tüpürcəyin təbii mühafizəsi fəaliyyətini dayandırır, nəticədə, diş minası parçalanmağa başlayır. Həkim hər yeməkdən sonra ağızı su ilə yaxşıca yaxalamağı məsləhət görüb.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et