Bu gün:

Çinlilərin yeni üz tanıma texnologiyası


Çin alimləri, aşağı orbitdən insan üzlərini tanıya bilən ən müasir casus kamera sistemini hazırlayıblar. Bu yeni texnologiya təhlükəsizlik və nəzarət sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər.

100 kilometrdən millimetr səviyyə detalları

Çin Elmlər Akademiyasının Kosmik İnformasiya Tədqiqatları İnstitutu tərəfindən hazırlanmış bu inqilabi sistem, 100 kilometr məsafədən millimetr səviyyəsində detalları aşkar edə bilir. Bu üstünlük, mövcud müşahidə texnologiyalarına nisbətən daha yüksək dəqiqlik və həssaslıq təmin edir.


Daha əvvəl görülməyən bir həssaslıq

Lazer əsaslı optik görüntüləmə texnologiyasından istifadə edən bu yeni sistem, adi obyektiv əsaslı casus kameralarla müqayisədə 100 dəfə daha yüksək məsafə təmin edir. Bu texnologiya, xarici hərbi peykləri və yerüstü müdafiə qurğularını görülməmiş dəqiqliklə izləməyə imkan yaradır.


Yeni hazırlanmış casus kamerası, Çinin Qinghai gölündə keçirilən sınaqlar zamanı heyrətamiz nəticələr göstərib. 101,8 kilometr məsafədən aparılan görüntüləmə testində qarşı sahildəki obyektlər 1,7 millimetr dəqiqliklə təsvir edilib. Bu səviyyədə həssaslıq, təhlükəsizlik və kəşfiyyat sahələrində yeni bir dövrün başlanğıcı hesab olunur.


Nəzarət texnologiyasında yeni era

Kosmik müşahidə sistemlərində yeni bir dövr açan bu texnologiya həm hərbi, həm də mülki sahələrdə geniş müzakirələrə yol açıb. Gücləndirilmiş nəzarət sistemləri təhlükəsizlik baxımından mühüm üstünlüklər versə də, eyni zamanda məxfilik və şəxsi azadlıqlarla bağlı ciddi narahatlıqlar doğurur.


Çinin yeni casus kamera texnologiyasının beynəlxalq arenaya təsiri və digər ölkələrin bu inkişafa necə reaksiya verəcəyi diqqət mərkəzindədir. Bu inkişaf, xüsusilə böyük güclər arasında texnoloji rəqabəti gücləndirə və qlobal təhlükəsizlik siyasətində yeni müzakirələrə səbəb ola bilər. 


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et