
Video oyunları haqqında düşünəndə, çox vaxt rəqabət yada düşür. Fortnite və Call of Duty kimi populyar oyunlar rəqibləri üstələmək üzərində qurulub.
Lakin Josef Fares və onun Hazelight studiyası göstərir ki, oyunçuların istədiyi tək şey rəqabət deyil. Onun son oyunu Split Fiction, iki oyunçunun birgə tapmacaları həll etdiyi və maneələri aşdığı əməkdaşlıq təcrübəsidir. Oyun, 48 saat ərzində 1 milyon nüsxə satıb və Twitch-də ən çox izlənilən oyunlar arasındadır.
Bu, onun ilk uğuru deyil. It Takes Two oyunu da oxşar kooperativ mexanikaya malik olub, 20 milyon nüsxə satılıb və "İlin Oyunu" mükafatını qazanıb.
Midia Research şirkətinin araşdırmasına görə, 16-24 yaş arası oyunçuların 40%-i couch co-op (eyni cihazda oynanan) oyunları üstün tutur. Araşdırmada qeyd edilir ki, gənclər üçün sosial oyunlar vacibdir və daha çox tərtibatçı bu üslubu mənimsəyə bilər.
Mənbə:BBC
Tərcümə etdi: Leila Musayeva
