Formula 1-də bütün diqqətlər mövsümün ilk yarışındadır. Lando Norris Avstraliya Qran Prisinə vəsiqə qazanıb.
2025 Formula 1 mövsümü Avstraliya Qran Prisi ilə başlayıb. Çətin yarışdan əvvəl sıralanma turları başa çatıb.
Günün ən sürətli sürücüsü Lando Norris olub. McLaren sürücüsü bununla da öncədən yarışa başlamaq hüququ qazanıb.
Norrisin komanda yoldaşı Oskar Piastri ikinci, Maks Ferstappen üçüncü yeri tutub. Ferrari üçün ilk dəfə trasa çıxacaq Lyuis Hamilton yarışa 8-ci yerdən başlayacaq.
Formula 1 üzrə Avstraliya Qran Prisi sabah saat 07:00-da başlayacaq.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
