Bu gün:

Cenk Tosun Yaponiyaya yollanır


"Fənərbaxça" Cenk Tosunun icarə əsasında Yaponiyanın "Urava Red Diamonds" komandasına transferi üçün razılığa gəlib.

Bu mövsüm bütün yarışlarda cəmi 17 matça çıxan Cenk Tosun ümumilikdə 283 dəqiqə meydanda olub, 2 qol və 1 məhsuldar ötürmə ilə komandasına töhfə verib. 


Klublararası dünya çempionatı iyunun 14-dən iyulun 13-dək keçiriləcək. Urava da orada yarışlarda iştirak edəcək. Cenk Tosunun icarə müqaviləsi bu turnirin sonuna qədər qüvvədə olacaq.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et