Bu gün:

Google nə düşündüyümüzü necə bilir?


Qəribədir ki, siz Google-da nəsə axtardığınız zaman bir neçə hərf yazdıqdan sonra axtardığınız dəqiq şey təklif olunur. Bir çox insanlar bunun cihazlarının onları dinlədiyi üçün olduğunu düşünür.

Google və onun sosial media platformaları şəxsi internet təcrübəsi təmin etməyi hədəfləyir.

Axtarışlarınızı, keçmiş baxışlarınızı və maraqlarınızı təhlil edərək, onlar sizə ən uyğun məzmunu təqdim edə bilərlər. Məsələn, bu gün idman ayaqqabısı axtarmısınızsa, bir neçə gündən sonra sosial media lentinizdə idman mağazalarının reklamlarını görməyə başlayacaqsınız.

Bəziləri üçün bu fərdiləşdirmə çox faydalı və vaxta qənaət edə bilsə də, digərləri üçün məxfilik və müdaxilə edən kimi görünə bilər. Bəs interneti bu qədər “xüsusi” edən nədir?

Google və digər reklam provayderləri sizin haqqınızda məlumat toplamaq üçün müxtəlif üsullardan istifadə edirlər.

Məxfilik siyasətlərini qəbul edin

Yeni proqramı endirərkən və ya vebsaytda qeydiyyatdan keçərkən demək olar ki, hamımız uzunmüddətli məxfilik müqavilələrini kor-koranə qəbul edirik. Bununla belə, bu müqavilələr çox vaxt platformalara şəxsi məlumatlarınızın necə istifadə ediləcəyi ilə bağlı geniş səlahiyyətlər verir. Məsələn, bəzi siyasətlər reklamları sizə uyğunlaşdırmaq üçün məlumatlarınızın toplanmasına icazə verir.

Çərəzlərin qəbulu

İnternetə baxdığınız zaman demək olar ki, hər bir veb sayt sizdən çərəzləri qəbul etməyinizi xahiş edir. Çərəzlər saytlara sizi yadda saxlamağa və daha fərdi təcrübə təqdim etməyə imkan verir. Lakin bu, ziyarət etdiyiniz saytları izləməyə də kömək edə bilər.

Bir çox insanlar telefonlarının və ya kompüterlərinin onları dinlədiyini düşünür. Bu məsələ ilə bağlı birbaşa sübut olmasa da, bəzi proqramlara mikrofonunuza giriş imkanı vermiş ola bilərsiniz.

Məsələn, ağıllı köməkçilər ( "Hey Google " və ya "Alexa" kimi ) müəyyən sözləri aşkar etmək üçün daim ətraflarını dinləyirlər. Bu cihazlar bütün söhbətinizi qeydə almasa da, onlar etdiyiniz səsli əmrləri təhlil edə və gələcək reklamları buna uyğun düzəldə bilər.

Bəzi proqramlar siz bilmədən məkan məlumatınızdan istifadə edə bilər. Xüsusilə, yemək sifarişi proqramları və ya xəritə xidmətləri üçün məkanın paylaşılması normal görünsə də, bu məlumatlar digər məqsədlər üçün də istifadə edilə bilər.

Məsələn, məkanınızı paylaşmağa icazə verdiyiniz proqram hansı ərazilərdə daha çox vaxt keçirdiyinizi təhlil edə bilər. Əgər siz tez-tez ticarət mərkəzinə gedirsinizsə, təsadüfi deyil ki, həmin ərazidə yerləşən mağazaların reklamlarını görməyə başlayırsınız.

Beləliklə, məlumat izləməsini necə məhdudlaşdıra bilərsiniz?

Siz üçüncü tərəf çərəzlərini blok edə və ya brauzerinizin parametrləri vasitəsilə müəyyən saytlardan çərəzlərə icazə verməməyi seçə bilərsiniz. Telefonunuzun məxfilik parametrlərində hansı tətbiqlərin məkanınıza daxil olduğunu yoxlayın və yalnız tamamilə zəruri olanlara icazə verin.

Həmçinin lazımsız tətbiqlərə icazə vermədiyinizə əmin olmaq üçün cihazınızın mikrofona giriş parametrlərini yoxlayın.

Google və digər böyük platformalar sizi birbaşa dinləməsələr də, internetdə hərəkətlərinizi təhlil edərək proqnozlar verə bilərlər.

Axtarış tarixçəniz, çərəzlər, yer məlumatı və bir çox digər amillər sizi ən yaxşı tanıyan alqoritmlər yaratmaq üçün bir araya gəlir. Unutmayın ki, internetin təqdim etdiyi fərdi təcrübə bəzən həyatı asanlaşdırsa da, məxfiliyinizi də təhlükə altına ala bilər .


Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et