UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko Madrid” və “Real Madrid” arasında keçirilən oyunda Xulian Alvaresin penaltisi ilə bağlı mübahisəli epizod baş verib.
Zərbəni yerinə yetirərkən Alvares sürüşüb və top əvvəlcə dayaqlanan ayağına sonra isə əsas zərbəyə toxunBu, ikiqat toxunuş hesab edilir.

Qaydaya əsasən, oyunçu topa digər bir oyunçu toxunmadan ikinci dəfə toxuna bilməz. Buna görə də VAR müdaxiləsindən sonra qol ləğv edilib.
Oyun bitdikdən sonra “Atletiko Madrid” UEFA-dan bu epizodla bağlı izahat istəyib. Cavab olaraq UEFA qərarın düzgün olduğunu təsdiqləyib və VAR-ın ikiqat toxunuşu aşkar etdiyini bildirib. UEFA, həmçinin FIFA və IFAB ilə bu qaydanın yenidən nəzərdən keçirilməsini müzakirə etməyə hazır olduğunu qeyd edib.
Bu hadisə futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Bəzi mütəxəssislər xüsusilə istəmədən baş verən və topun trayektoriyasına təsir etməyən ikiqat toxunuşun penalti qaydalarında məntiqsiz olduğunu hesab edirlər. Onlar gələcəkdə bu cür vəziyyətlərin qarşısını almaq üçün qaydanın yenidən nəzərdən keçirilməsini təklif edirlər.
Beləliklə, Xulian Alvaresin penaltisi ilə bağlı bu epizod qaydaların ədalətli olması və futbol ruhuna uyğunlaşdırılması üçün bəzi aspektlərin yenidən nəzərdən keçirilməsinin vacibliyini bir daha göstərib.
Mənbə: cadenasar.com
Tərcümə etdi: İbrahim Çobanlı
