Bu gün:

Fənərbaxçada ayrılıq siqnalları


Acun Ilıcalı canlı yayımda Fənərbaxçanın ulduz futbolçusuna gələn təklifi açıqladı: “Çox cəlbedicidir, getmək ehtimalı var”.

Fənərbaxçanın asbaşqanı Acun Ilıcalı klubun gündəmi ilə bağlı açıqlamalar verib və yaxın zamanda komandada bir ayrılığın baş verə biləcəyini bildirib.

TV100 kanalında çıxışı zamanı Ilıcalı Fənərbaxçanın futbolçusu Cenk Tosunun Yaponiyanın Urawa Red Diamonds klubuna transfer olacağı ilə bağlı yayılan iddialara toxunub.

Bu məsələ ilə bağlı fikirlərini bölüşən Acun Ilıcalı deyib:

“Yaponiyadan gələn xəbərlər doğrudur. Cenk Tosun üçün ‘gedir’ deyə bilmərik, amma təklif var. O, çox keyfiyyətli futbolçudur və əla insandır. Hazırda Yaponiyada Klub Dünya Çempionatı da keçirilir. Cengiz Ünder də super oyunçudur. Biz onun ABŞ-a transferinə məcbur qaldıq. Cenk üçün də eyni vəziyyət var. O, oyuna daxil olduqda fərq yaradır. Bu səbəbdən təklif çox cəlbedicidir. Cengizin ABŞ-da uğurlu olacağına inanıram. İndi isə Cenkin mövsümün sonuna qədər icarəyə getmək ehtimalı var.”

Mənbə: NTV Spor
Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et