Galatasarayın baş məşqçisi Okan Buruk, Dries Mertens haqqında yayılan iddialarla bağlı açıqlama verib.
Okan Buruk "HT Spor"a açıqlamasında bunları deyib: "Dries Mertens ilə mübahisə etdiyimiz barədə iddialar həqiqəti əks etdirmir. O, komandada ən yaxşı münasibət qurduğum oyunçulardan biridir".
Galatasarayın baş məşqçisi Okan Burukun son oyunlarda Mertensi meydana buraxmaması futbolçuyla arasında anlaşılmazlıq olduğu barədə iddialara səbəb olmuşdu. Son olaraq futbol şərhçisi Tuğay Kerimoğlu da tərəflər arasında mübahisə yaşandığını iddia etmişdi.
Tuğay Kerimoğlu məsələ ilə bağlı fikirlərini belə ifadə edib: "Mertens ilə Okan Buruk arasında kiçik bir mübahisə var, amma bu, ciddi bir problem deyil".
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova