UEFA Millətlər Liqasının A/B pley-off mərhələsinin 20 Mart Cümə axşamı günü ilk matçında Türkiyə Milli Futbol Komandasının Macarıstanı qəbul edəcəyi matçın ümumi bilet satışına başlanılıb.

Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, futbol azarkeşləri Rams Parkda oynanılacaq matçın biletlərini passo.com.tr saytından və Passo Mobil Proqramından əldə edə biləcəklər.
Qarşılaşmanın biletlərinin qiymətləri 2750, 2000, 1750, 1500, 1250 və 1000 lirə olaraq müəyyənləşib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
