Bu gün:

Maradona tibb komandası futbol ikonasının ölümünə görə mühakimə olunur


Buenos-Ayres paytaxtında Argentina futbolunun mərhum əfsanəsi Dieqo Maradonanı müalicə edən tibb işçilərinin çoxdandır gözlənilən məhkəməsi başlayıb.

Maradona 2020-ci ildə 60 yaşında evində infarktdan vəfat edərkən sağalma ərəfəsində olub. Həmin ayın əvvəlində beynində laxtalanmaya görə əməliyyat keçirmiş və evdə müalicə olunurdu.


Prokurorlar iddia edirlər ki, Maradonanın ölümünün qarşısını almaq mümkün idi və xəstəxana işçilərini tibbi səhlənkarlıqda ittiham edirlər.


Təqsirləndirilən şəxslər isə bildiriblər ki, Maradona əlavə müalicədən imtina edib və əməliyyatdan sonra daha uzun müddət xəstəxanada qalmalı idi.


Onlar "mümkün qəsdən adam öldürmə" ittihamı ilə günahkar bilinərsə, 8 ildən 25 ilə qədər həbs cəzası ala bilərlər.


Açılış bəyanatında ittiham edən tərəf bildirib ki, tibb heyətinin heç bir üzvünün Maradonanın ölüm yatağına çevrilmiş "dəhşət teatrı"nda etməli olduqlarını etmədiyinə dair “möhkəm” sübutlar təqdim edəcək.



Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et