Bu gün:

Parisin "son kralı" Dembele


"Paris Saint-Germain"in futbolçusu Uzman Dembele Kilian Mbappenin gedişindən sonra hücum xəttinin yeni lideri oldu.

Futbol mütəxəssisləri hücum qabiliyyətinə və oyun texnikasına görə Dembeleni tez-tez Mbappe ilə müqayisə edirlər.

Dembele Liqa 1-in 20-ci həftəsində Paris Saint-Germain-in Brest üzərində 5:2 hesablı qələbə qazandığı matçda üç qol vuraraq ardıcıl iki matçda het-trik edən ilk PSJ oyunçusu oldu.


Dembele UEFA Çempionlar Liqasının 8-ci və son həftəsində “Ştutqart”a 4:1 hesabı ilə qalib gələn matçda da üç qol vurub.


2018 FIFA Dünya Kuboku öncəsi İtaliyaya qarşı yoldaşlıq oyununda göstərdiyi möhtəşəm performansdan sonra Mbappe Dembeleni "dünya futbolunun ən yaxşı gənc oyunçusu" kimi xarakterizə edib və "Gələcək üçün ümidverici tərəfdaşlığımız var, yaxşı anlaşırıq",- deyə bildirib.


Hər iki ayağından səmərəli istifadə etməyi bacaran 27 yaşlı Dembele sürətli və texniki oyunçu kimi tanınır. Sol və sağ cinahlarda rahat oynaya bilən fransız ulduz ötürmələri ilə də komandasına böyük töhfə verir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et