Trendyol Süper Liqada 2025/26 mövsümünün ilk turu 8-11 avqust tarixləri arasında keçiriləcək. Türkiyə Futbol Federasiyası (TFF) futbol üzrə yeni mövsümün təqvimini açıqlayıb.

Federasiyanın yaydığı məlumatda bildirilib:
"Türkiyə Futbol Federasiyası İdarə Heyəti dünən keçirilən iclasda Trendyol Süper Liqa, Trendyol 1-ci Liqa, Nesine 2-ci Liqa və Nesine 3-cü Liqada 2025-2026 mövsümünün başlama tarixlərini müəyyənləşdirib".
Açıqlamaya əsasən:
- Trendyol Süper Liqa və Trendyol 1-ci Liqa – 8, 9, 10 və 11 avqust 2025 tarixlərində başlayacaq.
- Nesine 2-ci Liqa – 30-31 avqust 2025 tarixlərində başlayacaq.
- Nesine 3-cü Liqa – 6-7 sentyabr 2025 tarixlərində ilk oyunlarını keçirəcək.
Bundan əlavə, liqalara dair ətraflı mövsüm planlamasının daha sonra elan ediləcəyi bildirilib.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
