“Kassandra sindromu” termini, xüsusilə autizm spektrində olan insanlarla münasibətdə alistik şəxslərin qarşılaşdığı unikal çətinlikləri təsvir etmək üçün istifadə edilir. Onların həyatlarında vəziyyətlərini başa düşə biləcək dəstəkçi insanlar olsa da, bu şəxslər tez-tez görünməmək, emosional olaraq tərk edilmək və ya partnyorları tərəfindən nəzərə alınmamaq kimi dərin hisslərlə mübarizə aparırlar. Bu dinamika onların emosional rifahına və münasibətlərinə ciddi təsir göstərə bilər.

Qeyd etmək vacibdir ki, kassandra sindromu bu spesifik təcrübələri əks etdirir, lakin bütün alistik şəxslərin autizm spektrində olan insanlarla münasibətlərini təsvir etmir. Bu da bu cür münasibətlərin müxtəlifliyini və mürəkkəbliyini vurğulayır.
Kassandra sindromu mütəxəssislərin kompleks PTSD kateqoriyasına aid etdiyi başqa bir münasibət travmasıdır. Anksiyete, qəzəb, həddindən artıq ayıqlıq (hipervigilantlıq) və dissosiasiya kimi simptomlar tək bir travmatik hadisənin nəticəsi deyil. Əksinə, onlar uzunmüddətli emosional yaxınlıq və sosial əlaqənin olmamasından, emosional çatışmazlıqdan və dərin uyğunsuz münasibətdən qaynaqlanır.
Ümumi simptomlara münasibətdə eşidilmədiyini və ya görünmədiyini hiss etmək, xroniki stres və emosional tükənmə daxildir. Partnyorunuzun yanında olsanız belə, tənha hiss edə bilər və narahatlıqlarınızın, emosiyalarınızın kiçildildiyini və ya rədd edildiyini görə bilərsiniz. Bu yalnız onda deyil, özünüzdə də dərin bir ayrılıq hissinə səbəb ola bilər.
Kassandra sindromunu aradan qaldırmaq təcrübələrinizi qəbul etmək və təsdiqləmək, eyni zamanda partnyorunuzun nevrodiversiyasını (beyin fəaliyyətinin fərqliliyini) dərindən anlamağa çalışmaq deməkdir. Burada əsas məsələ hisslərinizin eşidildiyi və başa düşüldüyü bir məkan tapmaq, eyni zamanda partnyorunuzun münasibətə gətirdiyi unikal baxış bucağını qiymətləndirməyi öyrənməkdir.
Bundan əlavə, öz rifahınıza və emosional sağlamlığınıza diqqət yetirmək yalnız sizin üçün deyil, münasibətiniz və partnyorunuzun yaxşılığı üçün də faydalıdır. Mental sağlamlığınızı prioritetləşdirmək və uyğun dəstəyi axtarmaq hər iki tərəf üçün daha sağlam bir mühit yaradır. Bu yanaşma daha anlayışlı və dəstəkləyici bir dinamikanı təşviq edir, açıq ünsiyyətə və qarşılıqlı hörmətə imkan yaradır. Nəticə etibarilə, emosional dayanıqlılığınızı gücləndirməklə yanaşı, nevrodiversiyanı qəbul etmək hər iki tərəfin dəyərli və anlaşılmış hiss etdiyi daha möhkəm və bağlı bir münasibət qurmaq üçün şərait yaradır.
Mənbə: Thriving Beyond Cassandra Syndrome
Tərcümə etd: Arzu Qafarova
