2025 Formula 1 mövsümü bu həftəsonu başlayacaq.

Sürət həvəskarları gözlərini mövsümün ilk yarışı olan Avstraliya Qran Prisinə çeviriblər. Sürücülər yeni mövsümdə tətbiq olunacaq qayda dəyişiklikləri ilə Melburn trekinə çıxacaqlar.
Mövsümün həyəcanı avtomobil idmanında ən populyar yarış olan Formula 1-də başlayır.
Mövsümün ilk yarışı olan Avstraliya Qran Prisi bazar günü keçiriləcək.
Sürücülər qayda dəyişiklikləri ilə Melburn trekinə çıxacaqlar. Daha sürətli dövrəni tamamlayan sürücüyə xallar verilməyəcək. Pilotlar isti havalarda soyuducu jilet geyinə biləcəklər. Yeni başlayan sürücülərə daha çox trek vaxtı veriləcək.
Maşınlarla bağlı da tənzimləmə aparılıb. Nəqliyyat vasitələrinin elastik qanadlarına məhdudiyyətlər qoyuldu. Minimum çəki həddi yanacaq istisna olmaqla 800 kiloqrama qədər artırılıb.
Bütün diqqətlər Verstappen-Hamilton toqquşmasındadır.
Son 4 ildə iz qoymuş Red Bull pilotu Maks Ferstappenlə 7 dünya çempionluğu olan Lyuis Hamiltonun yeni komandası Ferrari ilə olan rəqabəti inanılmaz görünür.
Melbourne yarışından əvvəl komandalar və sürücülər Bəhreyndə ilk sınaqlarını keçiriblər. Mövsümə iddialı girən hazırkı çempion McLaren, Red Bull və Ferrari ilə yanaşı, Williams komandası da təsirli start verdi. Mercedes və Sauber komandaları isə müsbət təsir bağışlamadı.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
