Bu gün:

Yaşlanan Yaponiya həllini robotlarda tapır


Sərt immiqrasiya siyasəti, aşağı doğum göstəriciləri və əmək qabiliyyətli əhalinin sayı azalan Yaponiyada yaşlılara qulluq etmək üçün robotlar hazırlanır.

Vaseda Universitetində jurnalistlərə süni intellektlə işləyən robotun arxası üstə uzanmış adamı yumşaq bir şəkildə böyrü üstə çevirə bilməsi göstərilib. Bu hərəkətin yataq yaralarının qarşısını alacağı və uşaq bezlərinin dəyişdirilməsində faydalı olacağı bildirildi. 

150 kiloqramlıq insanabənzər robotun adı AIREC-dir. Bu prototip yaşlıların qayğısına qalmaq üçün hazırlanır. 

Dövlət tərəfindən dəstəklənən layihənin rəhbəri Şiqeki Suqano deyir:


Yüksək inkişaf etmiş cəmiyyətimiz yaşlandıqca və doğumlar azaldıqca, həm yaşlılarda, həm tibbi xidmətdə, həm də gündəlik həyatımızda robotların dəstəyinə ehtiyacımız olacaq.

Suqano, insanlarla əlaqə quracaq robotların daha ağıllı və həssas olması lazım olduğuna diqqət çəkir.


Bütün dünyada insanabənzər robotlar hazırlansa da, insanlarla nadir hallarda birbaşa təmasda olurlar. Onlar fabriklərdə işləyirlər və ya ev işləri görürlər. İnsanlar tənliyə daxil olduqda, təhlükəsizlik və hərəkətlərini hər bir insana necə uyğunlaşdıracaqları da işə düşür.

Suqanonun komandasının robotu AIREC insana ayağa qalxmağa və corab geyinməyə kömək edə bilər. Çamaşırları qatlamaq və yumurta bişirmək kimi üstünlükləri də var.

Lakin alim AIREC-in ictimaiyyətə açıqlığının təxminən 2030-cu ilə qədər olacağını gözlədiyini və bunun 10 milyon yen (təxminən 2,4 milyon türk lirəsi) dəyərində olacağını da söylədi.


Yaponiya ciddi əhali böhranı yaşayır. Daxili İşlər və Rabitə Nazirliyinin aprel ayında açıqladığı məlumatlara görə, son 13 ildə ölkədə əhalinin sayı azalıb. Doğuş göstəricilərini artırmaq üçün dörd günlük iş rejiminə keçmək kimi fövqəladə tədbirlər görülür.


II. İkinci Dünya Müharibəsindən sonra 1947-1949-cu illərdə doğulan “baby bumer” nəslinin 75 yaşdan yuxarı olduğunu və 2024-cü ildə doğulan körpələrin sayının 9 il dalbadal azaldığını nəzərə alsaq, qocalara qulluq edəcək kadr tapmağın çətinliyini başa düşmək olar. 

Dekabr ayında qayğı sektorunda açılan hər 4,25 işə yalnız bir nəfər müraciət edib. 

Son illərdə ölkədə əməkçi miqrantların sayı artsa da, 2023-cü ildə bu, cəmi 57 min nəfər idi. Bu o deməkdir ki, əcnəbilər işçi qüvvəsinin 3 faizindən azını təşkil edir.


"Biz çətinliklə başımızı suyun üstündə saxlayırıq. 10-15 ildən sonra vəziyyət daha da acınacaqlı olacaq. Texnologiya bunun qarşısını almaq üçün ən yaxşı şansı təqdim edir" dedi yaşlılara qayğı göstərən Zenkoukai şirkətinin direktoru Takashi Miyamoto. 


Mənbə:Kıbrıspostası.com

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et