Bu gün:

Ledi Ceyn Qrey portreti


Tudor dövrünə aid olan və Ledi Ceyn Qrey olduğu güman edilən qadının portreti. Onun başında ağ kətan baş örtüyü var, açıq-ağ rəngli naxışlı yaxası boynunun ətrafında qaldırılıb və qızıl boyunbağı taxıb. O, sola baxır.

Bu portret uzun illər Ledi Ceyn Qreyə aid hesab olunub. Ancaq 300 ildən sonra bu iddianın doğru olmadığı ortaya çıxıb. Ekspertlər Tudor dövründən qalan başqa bir portretin Ledi Ceyn Qreyin sağlığında çəkilən yeganə təsvir ola biləcəyini düşünürlər.

O, cəmi doqquz gün kraliça olub və onun qısa hakimiyyəti protestantların katolik qohumu I Merinin taxta çıxmasının qarşısını almaq cəhdi olub. Cəmi 17 yaşında edam edilən Ledi Ceyn Qreyin əsl təsviri olduğu təqdirdə bu rəsmin zamanla dəyişdirildiyi və onun “sakit, protestant şəhid” kimi göstərildiyi düşünülür.

Hazırda bu portret Wrest Park, Silsoe, Bedfordşirdə, onun əvvəlki evində sərgilənir.

Yeni araşdırmalar portretdə əhəmiyyətli dəyişikliklərin edildiyini göstərir. Xüsusilə qollar hissəsində dəyişikliklər edilib və çiyinlərdəki şalın sonradan əlavə edildiyi ehtimal edilir.

Ledi Ceyn Qrey kim idi?

1537-ci ildə İngiltərənin Bradgate Park ərazisində doğulub. O, VIII Henri’nin böyük qardaşı qızıdır. Ailəsi ona kral qızları səviyyəsində təhsil verib. Yunan, Latın, İvrit, Fransız və İtalyan dillərini öyrənib.

Protestant kral VI Edvard bacısı Merinin (katolik) yerinə Ceyni taxta çıxarmaq istəyib. 10 iyul – 19 iyul 1553 tarixlərində cəmi 9 gün kraliça olub. Hakimiyyəti atasının qayınatası Northumberland hersoqunun siyasi planları ilə təmin edilib. 1554-cü ildə I Merinin hakimiyyəti bərpa etdikdən sonra protestant üsyanından sonra edam edilib. Bütün tanınmış portretlər onun ölümündən sonra çəkilib. Ən məşhuru Paul Delaroche tərəfindən 1822-ci ildə çəkilən “Ledi Ceyn Qreyin edamı” adlı əsərdir. Bu tabloda o, edam kürsüsünün qarşısında gözləri bağlı və çarəsiz vəziyyətdə təsvir edilib.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova





Paylaş
Şərh əlavə et