Bu gün:

Şaftalının faydaları nələrdir?


Şaftalı vitamin baxımından çox zəngin meyvələrdən biridir. Tərkibində A və C vitaminləri var. Şaftalı B6, B2, B3, B9, B5, B1 kimi digər vitaminləri də özündə ehtiva edir. Şaftalının tərkibində yüksək miqdarda mineral var. Tərkibindəki kalium zəngin olduğu üçün böyrək daşlarının əmələ gəlməsinin və sümük xəstəliklərinin qarşısını almaq üçün faydalı meyvələrdən biridir.

Şaftalıda kalsium, maqnezium, dəmir, sink, fosfor, manqan, mis kimi minerallar da var. Şaftalı liflə zəngin bir meyvədir. Həmçinin ürək xəstəliklərinin qarşısını almaqda faydalıdır. Xolesterol səviyyəsini tarazlıqda saxlayır. Diabet və piylənmə kimi xəstəliklərin qarşısını alır. Antioksidan komponentləri olan şaftalı bədəndən zərərli toksinlərin çıxarılmasına kömək edir.  Antioksidantlar xərçənglə və iltihabla mübarizə aparan xüsusiyyətlərə malikdir.

Şaftalın nə kimi faydaları var?

- Tərkibində çox güclü flüor olduğu üçün dişlərə çox faydalıdır. Diş pastalarının tərkibində olan bu mineral şaftalıda da mövcuddur. Dişlərin daha sağlam və gözəl görünməsini təmin edir.

- Şaftalıda təxminən 250 mq kalium var. Bu komponent sümük sağlamlığı üçün çox vacibdir.

- Görmə qabiliyyətini dəstəkləyir. Şaftalının narıncı rəngə sahib olmasına kömək edən beta karoten adlı bir antioksidan var. Tərkibindəki A vitamini görmə üçün çox vacib bir vitaminlərdən biridir.

- Qanın təmizlənmə kimi xüsusiyyətə malikdir.

- Dəriyə nəmlik və təravət bəxş edir.

- Sakitləşdirici təsiri sayəsində yuxusuzluğu aradan qaldırmağa kömək edir.

- Xərçəng əleyhinə xüsusiyyətlərə malikdir.

- Böyrək xəstəliklərinə qarşı faydalıdır.

- Bədənin xəstəliklərə qarşı müqavimətini artırır.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et